Odlar.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 21-24°, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 20-24°, gündüz 33-38° isti, dağlıq ərazilərdə gecə 12-17°, gündüz 20-25° isti olacaq.
