🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:54   •   🌡️ Bakı

Aysel Teymurzadəyə aparıcılıq təklifi edildi – Qəbul etmədi

Odlar.media xəbər verir ki, Azərbaycanın “Avroviziya” təmsilçilərindən olan müğənni Aysel Teymurzadəyə yeni televiziya layihəsində aparıcılıq təklif edilib.
Məlumata görə, ARB TV yeni mövsümdə bir sıra yeni layihələri tamaşaçıların ixtiyarına verməyə hazırlaşır. Bu layihələrdən birinin Türkiyədə yayımlanan məşhur “İşte Benim Stilim” formatında hazırlanacaq dəb verilişi olduğu bildirilir.
Layihənin aparıcılığı Aysel Teymurzadəyə təklif olunsa da, müğənni bu təklifi qəbul etməyib.
Sənətçi aparıcı kimi televiziya efirində görünmək istəmədiyini bildirib.