Odlar.media xəbər verir ki, avqustun 10-u saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 9-u axşam saatlarından başlayaraq Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir şimşək çaxır və yağış yağır. Ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterlidir.
Ötən müddətdə düşən yağıntının miqdarı Gədəbəydə 17 mm, Daşkəsəndə 14 mm, Ağstafa və Göygöldə 9 mm, Şəmkirdə 7 mm, Gəncədə 6 mm, Tovuzda 4 mm, Şəkidə 2 mm, Tərtər, Yevlax, Ceyrançöl, Şahdağ və Naftalanda isə 1 mm olub.
Bəzi ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Culfa və Mingəçevirdə 21 m/s, Naftalanda 18 m/s, Şabranda 17 m/s, Bakı və Abşeron yarımadasında, eləcə də Sədərəkdə 15 m/s-yə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39 dərəcə, Aran rayonlarında 40 dərəcə, Naxçıvan Muxtar Respublikasında 38 dərəcə, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti olub.
