Odlar.media xəbər verir ki, Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə hücum etdiyi bildirilir.
Məlumata görə, hücumun əsas hədəflərindən biri şəhərdə yerləşən neft emalı müəssisəsi olub. Yerli sakinlər Nijnekamsk və Çistopol üzərində çoxsaylı PUA-ların uçduğunu, ardınca isə partlayış səslərinin eşidildiyini bildiriblər.
Hadisə nəticəsində zavod ərazisində yanğın baş verdiyi barədə məlumatlar yayılıb. Hücumla bağlı görüntülər də sosial şəbəkələrdə paylaşılır.
Rusiya və yerli mənbələrdə hücumun nəticələri ilə bağlı müxtəlif məlumatlar yayılsa da, 10 nəfərin öldüyü və 15 nəfərin yaralandığı barədə məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Tatarıstanda PUA hücumları fonunda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir. Hadisənin təfərrüatları və neft emalı zavoduna dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
