Odlar.media xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücülərə qarşı profilaktik tədbirlər həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində avtoxuliqanlıq hərəkətləri törədən C.Ağayev və C.Rəşidov polis əməkdaşları tərəfindən saxlanılıblar. Hər iki sürücü barəsində toplanmış inzibati materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.
Məhkəmənin qərarına əsasən, hər iki şəxsin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Bundan əlavə, onlar barəsində inzibati qaydada həbs və qanunvericiliklə nəzərdə tutulan digər məsuliyyət tədbirləri tətbiq edilib.
