🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 15:42   •   🌡️ Bakı

Bakının bu yollarında sıxlıq var – Sürücülərə xəbərdarlıq

Odlar.media xəbər verir ki, paytaxtın bəzi əsas avtomobil yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Məlumat Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən yayılıb.
Bildirilib ki, hazırda aşağıdakı istiqamətlərdə nəqliyyatın hərəkəti intensivdir:
Bakı–Sumqayıt şosesində, “20 Yanvar” metro stansiyası istiqamətində;
Tbilisi prospektində, “20 Yanvar” metro stansiyasından şəhər mərkəzi istiqamətində;
1-ci Gölkənarı yolunda, Ziya Bünyadov prospekti istiqamətində;
Aeroport şosesində, “Koroğlu” metro stansiyası istiqamətində.
NİİM sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən sıxlığı nəzərə almağı, alternativ marşrutlardan istifadə etməyi və yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edir.