🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 07:23   •   🌡️ Bakı

Azeri Light” nefti 5,8% ucuzlaşıb – bir barelin qiyməti 102,73 dollara enib

Odlar.media xəbər verir ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 6,37 ABŞ dolları və ya 5,8% azalaraq 102,73 ABŞ dolları təşkil edib. Əvvəlki ticarət sessiyasında isə “Azeri Light” markalı neftin bir bareli 109,10 ABŞ dolları səviyyəsində qiymətləndirilirdi. �

Qeyd edək ki, Azərbaycanın cari il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Bu isə hazırkı bazar qiymətinin büdcədə əsas götürülən göstəricidən xeyli yüksək olduğunu göstərir. �
Apa.az