XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:46:55 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ax, necə tutaq biz göyün nəbzini?

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

Belə havalarla keçinmək olmur,
Havadan həzz alıb sevinmək olmur.
Bu nə havalardı, heç bilmək olmur…
Ax, necə tutaq biz göyün nəbzini?

Fəsillər yerini dəyişib nədən?
Baharın üzünü görməyir çəmən.
Bir həzin yağışa möhtacdır Vətən…
Ax, necə tutaq biz göyün nəbzini?

Sərinlik istəyir bu saat ürək,
Ölkəmin üzünə toxunsun külək.
Buludlar, yağışı göndər, sevinək…
Ax, necə tutaq biz göyün nəbzini?

Yorğunluq tökülür yerin canından,
Torpaq da dincəlmək istəyir bu an.
Belə necə dözək biz payızacan?
Ax, necə tutaq biz göyün nəbzini?

Buludlar yağışı səpsin gözündən,
Biz də razı qalaq göyün üzündən.
İstidən can çıxır, gedir özündən…
Ax, necə tutaq biz göyün nəbzini?

 

Müəllif: Fuad Biləsuvarlı

Mənbə: Odlar.media

21 iyul

Etiketlər: