🌐 Keçmişin izi, gələcəyin sözü
22 İyul 2026, saat 12:36   •   🌡️ Bakı

DİN: Bir gündə 43 cinayətin üstü açılıb, 108 axtarışda olan şəxs saxlanılıb

Odlar.media xəbər verir ki, iyulun 21-də ölkə ərazisində qeydə alınan 43 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, axtarışda olan ümumilikdə 108 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Hesabat dövründə narkotik vasitələrlə əlaqəli 15 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 2 fakt müəyyən olunub.
Bundan başqa, müxtəlif cinayət əməllərini törətməkdə şübhəli bilinən 36 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.