🌐 Keçmişin izi, gələcəyin sözü
22 İyul 2026, saat 11:29   •   🌡️ Bakı

Neft qiymətləri yenidən bahalaşdı – Brent 92 dolları keçdi

Odlar.media xəbər verir ki, dünya əmtəə bazarlarında neftin qiyməti yenidən artım nümayiş etdirib.
“NYMEX” birjasında WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 1,04 ABŞ dolları və ya 1,23% yüksələrək bir barel üçün 85,38 ABŞ dollarına çatıb.
“ICE” birjasında isə Brent markalı neftin sentyabr fyuçersləri 1,27 ABŞ dolları və ya 1,40% bahalaşaraq bir barel üçün 92,28 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Analitiklərin fikrincə, qiymət artımının əsas səbəbləri Yaxın Şərqdə davam edən geosiyasi gərginlik fonunda enerji tədarükünə dair risklərin yüksəlməsi və bazarda təkliflə bağlı narahatlıqların artmasıdır.
Bundan əlavə, ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirə biləcəyi ehtimalı, eləcə də Hörmüz boğazı ilə bağlı risklər neft bazarında alışları dəstəkləyən əsas amillər sırasında göstərilir.