XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:08:31 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Hakan Fidan: Türkiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri çərçivəsində keçirdiyi görüşlər zamanı Ankaranın Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan etdiyini bildirib.
Nazir bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
Hakan Fidan qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski, Prezident Ofisinin rəhbəri Andrey Yermak və xarici işlər naziri Andrey Sibiqa ilə keçirilən görüşlərdə Türkiyə-Ukrayna münasibətləri, eləcə də Rusiya-Ukrayna müharibəsində yaranmış son vəziyyət geniş müzakirə olunub.
O vurğulayıb ki, Türkiyə tərəfləri yenidən danışıqlar masası arxasında bir araya gətirəcək və davamlı sülhün əldə olunmasına töhfə verəcək bütün təşəbbüsləri dəstəkləməyə hazırdır.

Etiketlər: