🌐 Keçmişin izi, gələcəyin sözü
12 İyul 2026, saat 11:07   •   🌡️ Bakı

İnsan beyni haqda bildiklərimiz və bilmədiklərimiz

P

1. Beyin gördüyünün böyük hissəsini “yaradır”. Gözlər yalnız məlumat göndərir. Gördüyün mənzərənin böyük hissəsini beyin tamamlayır. Buna görə optik illüziyalar bizi aldada bilir.

2. Yuxu zamanı beyin çox aktivdir. Bəzi mərhələlərdə beynin fəaliyyəti oyaq olduğun vaxtdan belə yüksək ola bilər. Yuxuların çoxu bu zaman yaranır.

3. Beyin özünü dəyişə bilir. Yeni bacarıq öyrəndikcə sinir hüceyrələri arasında yeni əlaqələr yaranır. Buna neyroplastiklik deyilir. Məsələn, musiqi aləti çalmağı və ya yeni dili öyrənməklə beynin strukturu zamanla dəyişə bilər.

4. Yaddaş videokamera kimi işləmir. Hər dəfə bir xatirəni yada salanda beyin onu yenidən “qurur”. Buna görə insanlar eyni hadisəni fərqli xatırlaya bilirlər.

5. Beyin çox az enerji ilə işləyir. Təxminən 20 vat güc sərf edir. Bu, kiçik bir LED lampanın gücünə yaxındır, amma onunla düşünür, hiss edir, öyrənir və bədəni idarə edir.

6. Qərarların bəzisi şüurundan əvvəl verilir. Araşdırmalar göstərir ki, bəzi sadə qərarlarla bağlı beyin fəaliyyəti insan qərar verdiyini hiss etməzdən əvvəl başlaya bilər. Bu mövzu hələ də elm adamları arasında araşdırılır.

7. Elə düşünürük ki, hər şeyi görürük, amma əslində diqqətimizi yönəltmədiyimiz çox şeyi fərq etmirik. Məşhur “görünməz qorilla” təcrübəsi bunu göstərir.

8. Beyin hələ də tam öyrənilməyib. Alimlər beynin işləməsi haqqında çox şey bilsələr də, şüurun necə yarandığı, xatirələrin tam necə saxlandığı kimi sualların hələ də qəti cavabı yoxdur.

 

Müəllif: Günel Natiq

Mənbə: Odlar.media