XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:04:20 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ərdoğan Suriyanın yeni prezidenti ilə Ankarada regional məsələləri müzakirə edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Türkiyə Prezidenti Ankarada səfərdə olan Suriya Prezidenti ilə görüş keçirib.

Görüş zamanı Türkiyə-Suriya ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan bildirib ki, Ankara ilə Dəməşq arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylər davam etdirilir. O, Türkiyənin bundan sonra da Suriya xalqına dəstəyini davam etdirəcəyini vurğulayıb.

Türkiyə lideri, həmçinin Suriyanın regionda baş verən münaqişələr fonunda neytral mövqe nümayiş etdirməsinin ölkənin bərpası, sabitliyinin möhkəmləndirilməsi və uzunmüddətli inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Etiketlər: