🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

Cordan Henderson qeyri-adi şəkildə zədələnib

Odlar.media xəbər verir ki, İngiltərə millisinin futbolçusu Cordan Henderson zədə alıb.
Məlumata görə, 36 yaşlı yarımmüdafiəçi dünya çempionatının 1/8 final mərhələsində İngiltərənin Meksika üzərində 3:2 hesablı qələbəsindən sonra xəsarət yetirib.
Bildirilib ki, təcrübəli futbolçu qələbə sevincini qeyd edərkən reklam lövhələrinin üzərində büdrəyərək qolunun üstünə yıxılıb. Nəticədə Henderson meydanı xərəkdə tərk etməli olub.
Qeyd edək ki, futbolçu qarşılaşma ərzində meydana çıxmasa da, matçın 90+8-ci dəqiqəsində hakimə etiraz etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.