Odlar.media xəbər verir ki, mərhum Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) ailəsinə növbəti ağır itki üz verib.
Məlumata görə, tanınmış aktrisanın qardaşı Elxan Bayramov 58 yaşında Rusiyanın Moskva şəhərində vəfat edib.
İlkin məlumata əsasən, Elxan Bayramovun ölümünə ürək çatışmazlığı səbəb olub.
Bildirilib ki, mərhum dünən Gəncə şəhərində yerləşən “İmamzadə” ziyarətgah kompleksində dəfn edilib.
Qeyd edək ki, Elxan Bayramov Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zülfiyyə Əliyevanın və Gəncə Dövlət Kukla Teatrının butaforçu rəssamı Təranə Əliyevanın da qardaşı olub. O, ailəli idi və üç övladı yadigar qalıb.
Allah rəhmət eləsin.
