10 minə yaxın insan təxliyə olunub.
Odlar.media xəbər verir ki, Fransanın cənub-qərbində yerləşən Şərqi Pireney departamentində baş verən genişmiqyaslı meşə yanğınları səbəbindən 10 minə yaxın insanın təxliyəsinə başlanılıb.
Bu barədə BFMTV telekanalı məlumat yayıb. Bildirilib ki, təxminən 5,5 min nəfərin yaşadığı İl-sür-Tet kommunasında tam təxliyə elan olunub. Təhlükəsizlik məqsədilə sakinlərin Perpinyan şəhərinin Mulen-a-Van rayonunda yerləşdirilməsi nəzərdə tutulur.
Məlumata görə, Aspr bölgəsində və ətraf ərazilərdə yerləşən 19 kommunadan, həmçinin bir sıra düşərgələrdən daha 5 min nəfər təxliyə edilib.
