Odlar.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yanacaq daşıyan avtomobillə qatarın toqquşması barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Qəza nəticəsində yanacaq daşıyan avtomobildən ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsinin qarşısı alınıb.
Hazırda hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
