🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:33   •   🌡️ Bakı

Baş Ələt stansiyasında yenidənqurma və modernləşdirmə işləri davam edir

Odlar.media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Baş Ələt stansiyasında əsaslı yenidənqurma və modernləşdirmə işləri davam etdirilir.
ADY-dən verilən məlumata görə, həyata keçirilən layihə çərçivəsində dəmir yolu xətləri, infrastruktur elementləri və kontakt şəbəkəsi mərhələli şəkildə yenilənir. Eyni zamanda, Bakı Limanından və cənub istiqamətindən hərəkət edən yük qatarlarının stansiyanın çeşidləmə parkına girişini təmin edən dəmir yolu xətləri də müasirləşdirilir.
Bildirilib ki, görülən işlər qatarların hərəkət təhlükəsizliyinin artırılmasına, əməliyyat proseslərinin daha çevik və dayanıqlı şəkildə təşkilinə, eləcə də ölkənin yükdaşıma imkanlarının genişləndirilməsinə xidmət edir.
Qeyd olunub ki, Baş Ələt stansiyasında həyata keçirilən modernləşdirmə layihəsi ölkənin nəqliyyat-logistika infrastrukturunun inkişafı və tranzit potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.