Odlar.media xəbər verir ki, Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Kari iyunun 28-dən etibarən aclıq aksiyasına başlayıblar.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, milli fəalların aclıq aksiyasına başlamasına səbəb onların saxlanıldıqları kameralardan ayrı-ayrılıqda ağır cinayətlərdə təqsirləndirilən məhbusların yerləşdirildiyi kameralara köçürülməsi olub.
Bildirilib ki, Abbas Lisani və Yusif Kari həbsxana rəhbərliyini məhbusların irəli sürülən ittihamların xarakterinə uyğun şəkildə təsnifatlandırılması prinsipinə əməl etməməkdə ittiham ediblər.
Milli fəallar həbsxana rəhbərliyinin bu addımının təhlükəsizlik orqanlarının göstərişi əsasında həyata keçirildiyini və onlara qarşı əlavə təzyiq, eləcə də cəza vasitəsi kimi tətbiq olunduğunu bildiriblər.
