🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Ermənistanda avtomobildə baş verən yanğında üç nəfər həyatını itirib

Odlar.media xəbər verir ki, Ermənistanda minik avtomobilində baş verən yanğından sonra üç nəfərin meyiti aşkarlanıb.
Ermənistan KİV-in yaydığı məlumata görə, hadisə ötən gecə İrəvan-Yerasx avtomobil yolunun Surenavan kəndinin inzibati ərazisində qeydə alınıb.
Bildirilir ki, yanğınsöndürənlər hadisə yerinə cəlb olunaraq alov içində olan “Nissan Rogue” markalı avtomobilə müdaxilə ediblər. Yanğın söndürüldükdən sonra avtomobilin salonunda üç nəfərin yarıyanmış meyiti aşkar edilib.
Hazırda həyatını itirən şəxslərin kimliyi müəyyənləşdirilir. Eyni zamanda, yanğının başvermə səbəblərinin araşdırılması istiqamətində müvafiq qurumlar tərəfindən istintaq tədbirləri davam etdirilir.