🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Lavrov: Ukrayna böhranının diplomatik həlli mümkündür, top Rusiyanın meydanında deyil

Odlar.media xəbər verir ki, Ukrayna böhranının diplomatik yolla həlli hələ də mümkün olaraq qalır, lakin Rusiya müvəqqəti razılaşmalara və ya ultimatum xarakterli təkliflərə vaxt sərf etmək niyyətində deyil.
Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı səsləndirib.
Nazirin sözlərinə görə, münaqişənin nizamlanması məsələsində təşəbbüs hazırda Rusiyanın üzərində deyil:
“Baxmayaraq ki, bu topu daha çox ofsayd mövqeyindən bizə ötürməyə çalışırlar”.
Lavrov bildirib ki, son vaxtlar Fransa və Böyük Britaniya nümayəndələri dialoq məqsədilə Rusiyaya səfər ediblər.
“Biz heç vaxt gəlib danışmaq istəyənləri geri çevirmirik. Moskva bu cür söhbətlərin qiymətini yaxşı bilir”, – deyə Rusiya XİN rəhbəri əlavə edib.
O, həmçinin vurğulayıb ki, Moskva Ukrayna böhranının həlli ilə bağlı təklifləri diqqətlə dəyərləndirsə də, Rusiyanın maraqlarını nəzərə almayan təşəbbüsləri qəbul etməyəcək.