🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Ağcabədidə iki 16 yaşlı yeniyetmə itkin düşüb

Odlar.media xəbər verir ki, Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşməsi ilə bağlı axtarış aparılır.
Rayonun Hüsülü kənd sakinləri Anar Məmmədov və əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də evdən çıxaraq naməlum istiqamətdə gediblər və bir daha geri qayıtmayıblar.
Məlumata görə, hər iki yeniyetmənin 16 yaşı var.
Ailələri onların itkin düşməsi ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Hazırda yeniyetmələrin yerinin müəyyənləşdirilməsi istiqamətində axtarış tədbirləri davam etdirilir.