🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

Avro bahalaşdı, dollar sabit qaldı – Mərkəzi Bank məzənnələri açıqladı

Odlar.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı iyunun 22-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
Məlumata görə, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb.
Avronun məzənnəsi əvvəlki günlə müqayisədə 0,24 faiz artaraq 1,9474 manat olub. Həmçinin, 100 Rusiya rublunun məzənnəsi 0,1 faiz yüksələrək 2,3210 manat təşkil edib.
Mərkəzi Bankın açıqladığı məzənnələrə əsasən, İngilis funt sterlinqi 2,2454 manat, Türk lirəsi 0,0366 manat, İsveçrə frankı 2,1025 manat, Kanada dolları 1,1982 manat, Çin yuanı isə 0,2508 manat səviyyəsində müəyyənləşdirilib.
Bundan əlavə, qiymətli metallar üzrə rəsmi məzənnələrə əsasən, qızılın bir unsiyası 7107,2580 manat, gümüşün bir unsiyası 111,3220 manat, platinin bir unsiyası 2832,9140 manat, palladiumun bir unsiyası isə 2155,6425 manat təşkil edib.