XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:23:25 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Paytaxtda tibb müəssisələri qarşısında minib-düşmə zolaqları genişləndirilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Bakıda tibb müəssisələrinə gələn vətəndaşlar üçün əlavə rahatlıq yaradılması məqsədilə yeni minib-düşmə yerləri təşkil edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq “5.14 – minik taksilərinin duracaq yeri” və “3.28 – durmaq qadağandır” yol nişanları quraşdırılıb və sərnişinlər üçün xüsusi minib-düşmə zonaları yaradılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində bu addım aşağıdakı tibb müəssisələrinin qarşısında tətbiq olunub: Məzahir Rüstəmov küçəsində 7 saylı şəhər poliklinikası, Lermontov küçəsində 22 saylı poliklinika, 25 saylı şəhər poliklinikası, 4 saylı Vərəm Əleyhinə Dispanser, Respublika Klinik Uroloji Xəstəxanası, “Medera Hospital” və “Məlhəm Beynəlxalq Hospitalı”.
Bununla da indiyədək paytaxtda ümumilikdə 20 ünvanda tibb və sosial xidmət müəssisələrinin qarşısında sərnişinlərin rahat minib-düşməsi üçün şərait yaradılıb.

Etiketlər: