Odlar.media xəbər verir ki, Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin əsas hüquqi-siyasi sənədlərindən biri olan -nin imzalanmasından 5 il ötür.
Sənəd 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində və tərəfindən imzalanıb. Bəyannamə iki ölkə arasında münasibətləri rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəldən əsas sənəd kimi qiymətləndirilir.
Şuşa Bəyannaməsi siyasi dialoqdan müdafiə və təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat, humanitar əməkdaşlıq, media və diaspor fəaliyyəti daxil olmaqla geniş sahələri əhatə edir. Sənədin əsas məqsədi iki ölkənin strateji maraqlarının vahid yanaşma əsasında uzlaşdırılması və əməkdaşlığın sistemli şəkildə dərinləşdirilməsidir.
Təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələyə keçməsi bəyannamənin mühüm istiqamətlərindən biri kimi qeyd olunur. Eyni zamanda enerji və nəqliyyat layihələri Azərbaycan və Türkiyənin region və daha geniş coğrafiyada strateji rolunu gücləndirib.
Son illərdə müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsi, birgə hərbi təlimlərin artırılması, beynəlxalq platformalarda koordinasiyalı fəaliyyət və qarşılıqlı siyasi dəstək sənədin praktik nəticələrini nümayiş etdirən əsas amillər kimi qiymətləndirilir.
Ekspertlərin fikrincə, regionda sabitlik və əməkdaşlıq mühitinin formalaşmasında mühüm rol oynayan strateji yol xəritəsi kimi əhəmiyyətini qorumaqda davam edir.
