🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:47   •   🌡️ Bakı

Tramp: İrana qarşı geniş hərbi əməliyyat ehtimalı gündəmdədir

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trump İrana qarşı genişmiqyaslı hərbi kampaniyanın başlanması ehtimalını nəzərdən keçirdiyini bildirib.
Bu barədə “Fox News” telekanalına danışan Tramp Hörmüz boğazı yaxınlığında hədəfə alınan helikopterlə bağlı insidenti də şərh edib. O, hadisə zamanı helikopterin pilotlarının sağ qalmasını “möcüzə” adlandırıb.
Trampın sözlərinə görə, yanan dron helikopterdəki iki pilotun arasında düşsə də, partlayış baş verməyib. O əlavə edib ki, pilotlar təhlükənin böyüməsinin qarşısını almaq üçün helikopteri suya endiriblər.
ABŞ prezidenti həmçinin İranda enerji infrastrukturuna — o cümlədən elektrik stansiyaları və körpülərə — mümkün zərbələrə dair hərbi əmrlərin verilməsinin gündəmdə olduğunu qeyd edib. Iran ilə bağlı gərginlik fonunda Tramp “onların razılaşma imzalamaq və sağ qalmaq üçün şansı var idi” deyə əlavə edib.