Odlar.media xəbər verir ki, Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov ölkəsinin Ukraynaya silah göndərməyəcəyini bəyan edib.
Nazir mətbuat konfransında bildirib ki, müharibənin artıq döyüş meydanında həllinin mümkün olmadığı qənaətinə gəlinib və tərəflərin danışıqlar masasına qayıtması vacibdir. Onun sözlərinə görə, silahlanmanın artması yalnız insan itkilərini daha da çoxalda bilər.
Stoyanov həmçinin qeyd edib ki, hökumət Bolqarıstanın müdafiə xərclərini NATO-nun hədəf göstəricilərinə uyğun şəkildə artırmağı və ümumi daxili məhsulun 5 faizinə çatdırmağı planlaşdırır.
Qeyd edək ki, Bolqarıstan son illərdə Ukraynaya dəstək məsələsində NATO çərçivəsində fərqli mövqelərin müzakirə olunduğu ölkələrdən biri kimi diqqət çəkir.
