🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Böyrək dərmanı ürək riskini 24% azaldıb – yeni elmi araşdırma

Odlar.media xəbər verir ki, finerenon preparatı ilə bağlı aparılan yeni beynəlxalq tədqiqat ürək-damar sağlamlığı sahəsində mühüm nəticələr ortaya qoyub.
Araşdırmalar göstərir ki, ilkin olaraq yalnız diabetlə əlaqəli xroniki böyrək xəstəliyinin müalicəsi üçün təsdiqlənmiş finerenon, daha geniş xəstə qruplarında da müsbət təsir göstərə bilər.
24 ölkədə 1584 pasiyent üzərində aparılan klinik tədqiqat nəticəsində müəyyən edilib ki, preparat böyrək funksiyasının zəifləməsini ləngidir və böyrək, ürək çatışmazlığı, eləcə də ürək-damar səbəbli ölüm riskini təxminən 23–24 faiz azaldır.
Mütəxəssislərin fikrincə, bu nəticələr finerenonun gələcəkdə diabetdən kənar xəstələr üçün də rəsmi müalicə protokollarına daxil edilməsinə yol aça bilər. Bu isə ürək və böyrək xəstəliklərinin müalicəsində yeni mərhələ kimi qiymətləndirilir.
Qeyd edək ki, araşdırmanın nəticələri nüfuzlu “The Lancet” jurnalında dərc olunub.