Odlar.media xəbər verir ki, Şamaxı şəhərində tanınmış sənətkar Mirələm Mirələmovun mərhum atasının üç mərasimi keçirilib. Mərasimdə şəhid anaları xüsusi olaraq iştirak edərək ailəyə başsağlığı verib, onların kədərinə şərik olublar.
Şəhid anaları bildiriblər ki, Mirələm Mirələmov uzun illər ərzində onların ən ağır günlərində yanında olub, şəhid ailələrinə mənəvi dayaq göstərib və daim onların dərdlərinə şərik çıxıb. Onların sözlərinə görə, bu gün həmin qayğının qarşılığı olaraq sənətkarın ailəsinin yanında olmaq özləri üçün mənəvi borc sayılıb.
Mərasimdə həmçinin “Mənim Oğlum Qəhrəmandır!” layihəsinin rəhbəri, gömrük xidməti polkovniki Mircəlal Qurbanov və tanınmış televiziya aparıcısı Lalə Azərtaş da iştirak ediblər. Onlar da ailəyə başsağlığı verərək, bu çətin gündə dəstək nümayiş etdiriblər.
Tədbir iştirakçıları mərhumun xatirəsini ehtiramla yad edib, onun ruhuna dualar oxuyublar. Şəhid analarının bu jesti isə mərasimdə xüsusilə emosional anlar yaradıb və böyük rəğbətlə qarşılanıb.
Allah mərhuma rəhmət eləsin, məkanını cənnət etsin.

Mənbə: Odlar.media
