XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:17:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Zərdab Peşə Liseyinin sabiq direktoru, keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib.
Məlumata görə, o, 76 yaşında dünyasını dəyişib.
Əlihüseyn Əliyev əmək fəaliyyətinə müxtəlif məsul vəzifələrdə çalışmaqla başlayıb. O, 1991-ci ilədək Zərdab Rayon Partiya Komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri və ideoloji şöbənin müdiri kimi fəaliyyət göstərib.
Keçmiş deputat iki dəfə Zərdab rayonunu təmsil edərək parlamentə seçilib. O, həmçinin uzun illər təhsil sahəsində çalışıb və 2016-cı ilədək Zərdab Peşə Liseyinin direktoru vəzifəsini icra edib.
Allah rəhmət eləsin.

Etiketlər: