Əldə olunan məlumata görə, cütlüyün toy mərasimi Palermo şəhərində keçiriləcək. Mənbələrin iddiasına əsasən, şənlik 5-7 iyun tarixlərini əhatə edəcək və ümumilikdə üç gün davam edəcək.
Qeyd edək ki, son günlər sosial mediada Dua Lipanın hamilə olması ilə bağlı yayılan iddialar geniş müzakirələrə səbəb olub.