Dünya ABŞ-da hava şousu zamanı iki F-18 qırıcısı qəzaya uğrayıb 18 May 2026 • 10:31 • Odlar MEDİA • 👁 11 baxış Mətn: A− A A+ Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt Bağlantını kopyala Başlığı kopyala Çap et Azərbaycan.media xəbər verir ki, ABŞ-da keçirilən aviaşou zamanı iki hərbi qırıcı təyyarə qəza edib. Məlumata görə, hadisə Aydaho ştatında yerləşən Mountain Home Air Force Base ərazisində baş verib. Bildirilir ki, Hərbi Dəniz Qüvvələrinə məxsus iki F/A-18 Hornet nümayiş uçuşu zamanı havada toqquşub və nəticədə qısa müddətli partlayış qeydə alınıb.REKLAMPR məqalənizi Odlar MEDİA-da yerləşdirinƏTRAFLI BAX → Rəsmi məlumatlara əsasən, pilotlar katapult etməyi bacarıb və hadisədən sağ çıxıblar. Qəzanın səbəbləri araşdırılır, insidentlə bağlı hərbi istintaq başladılıb.