🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:12   •   🌡️ Bakı

Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 190-a çatıb

Azərbaycan.media xəbər verir ki, Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırması səbəbindən həyatını itirənlərin sayı 190-a yüksəlib.
NCDC-nin açıqlamasında bildirilib ki, Lassa qızdırması ölkənin müxtəlif ştatlarında yayılmaqda davam edir. Verilən məlumata əsasən, cari ilin yanvar ayından indiyədək xəstəlik səbəbindən ölənlərin sayı 190 nəfərə çatıb.
Qeyd edək ki, Nigeriya hökuməti Lassa qızdırmasının sürətlə yayılması ilə əlaqədar 23 yanvar 2019-cu ildə ölkədə fövqəladə vəziyyət elan etmişdi.