XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:13:40 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Fars körfəzində ABŞ şirkətinə məxsus gəmiyə PUA hücumu olub

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, ABŞ-ın “Safesea Group” nəqliyyat şirkətinə məxsus “Neha” adlı kommersiya gəmisi Fars körfəzində pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Məlumata görə, hadisə zamanı İran tərəfinə məxsus olduğu iddia edilən iki pilotsuz uçuş aparatından biri birbaşa gəmiyə çırpılıb, digəri isə hədəfi vura bilməyib.
Bildirilir ki, hücum anında gəmi yük əməliyyatları aparmadan Doha yaxınlığında lövbərdə dayanmış vəziyyətdə olub.
Telekanalın yaydığı məlumatda qeyd olunur ki, gəmidə ümumilikdə 23 dənizçi olub. Hadisə nəticəsində xəsarət alan olmayıb və gəmidə ciddi zərər qeydə alınmayıb.

Etiketlər: