🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:37   •   🌡️ Bakı

Sədaqət İsgəndərlinin evi qarət olunub – 16 min manat oğurlanıb

Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Mətanət İsgəndərlinin müğənni bacısı Sədaqət İsgəndərlinin evi qarət olunub.
Bu barədə Mətanət İsgəndərli “Xəzər axşamı” verilişində məlumat verib. O bildirib ki, baş verən hadisə səbəbindən bacısı proqramda iştirak edə bilməyib.
Müğənninin sözlərinə görə, evdən 16 min manat pul oğurlanıb və hadisə ilə bağlı artıq polisə müraciət olunub.
“Bacımın başına iş gəldiyi üçün verilişə qatıla bilmədi. Evindən 16 min manat pul oğurlanıb. Artıq polisə müraciət ediblər. Bayaq orada olduğu üçün verilişə gələ bilməyəcəyini dedi”, – deyə sənətçi qeyd edib.