🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:13   •   🌡️ Bakı

Alen Simonyan: “Dəvət olunsam, Bakıya səfərə hazıram”

Azərbaycan.media xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 6-da jurnalistlərlə söhbətində Bakıya səfər etməyə hazır olduğunu bildirib.
O qeyd edib ki, dəvət ediləcəyi təqdirdə uyğun zamanda Azərbaycana gələ bilər və bu məsələdə qarşılıqlı addımların vacibliyini vurğulayıb. Simonyan həmçinin azərbaycanlı həmkarı Sahibə Qafarovadan da oxşar yanaşma gözlədiyini diqqətə çatdırıb.
“Həmkarımı İrəvana səfərə dəvət edirəm”, – deyə o əlavə edib.