🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:23   •   🌡️ Bakı

Gəncədə zavodda baş verən yanğın qısa müddətdə söndürüldü

Azərbaycan.media xəbər verir ki, Gəncə şəhərində yerləşən zavodlardan birində yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə şəhərin Ə. Arazov küçəsində yerləşən müəssisədə baş verib. Yanğınla bağlı məlumat daxil olduqdan dərhal sonra əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin оператив müdaxiləsi nəticəsində alov qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.