🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 11:16   •   🌡️ Bakı

Hikmət Hacıyev Səudiyyə Ərəbistanının səfiri ilə görüş keçirib

Azərbaycan.media xəbər verir ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda bildirilib ki, görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.