XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:55:52 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sabah hava necə olacaq? – Temperatur 25 dərəcəyə çatacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, mayın 1-də ölkə ərazisində əsasən mülayim və nisbətən isti hava şəraiti gözlənilir.
APA-nın məlumatına görə, Milli Hidrometeorologiya Xidməti bildirib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi ərazilərdə qısamüddətli zəif yağış ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Paytaxtda temperatur gecə 8-12°, gündüz isə 15-19° isti təşkil edəcək.
Regionlarda isə hava əsasən yağmursuz olacaq, lakin bəzi dağlıq ərazilərdə gündüz saatlarında qısamüddətli yağış, şimşək və dolu ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman müşahidə oluna bilər.
Havanın temperaturu rayonlarda gecə 7-12°, gündüz 20-25° isti, dağlıq ərazilərdə isə gecə 3-8°, gündüz 13-18° isti olacaq.

Etiketlər: