XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:58:09 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Kürdəmirdə faciə: ev yanğını can aldı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Kürdəmir rayonunda baş verən yanğın hadisəsi ölümlə nəticələnib.
Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli yaşayış evində baş verən yanğın zamanı ev sahibi Fikrət Eminov yanaraq həyatını itirib.
Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın operativ şəkildə söndürülərək alovun genişlənməsinin qarşısı alınıb.
Eyni zamanda, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Etiketlər: