🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 18:14   •   🌡️ Bakı

Sara Əzimovaya yeni vəzifə verildi

Azərbaycan.media xəbər verir ki, Sara Əzimova Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumda mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Məlumata görə, o, bu gün kollektivə təqdim olunub.
Qeyd edək ki, Sara Əzimova aprelin 17-də öz ərizəsi əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsindən azad edilmişdi.