🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:37   •   🌡️ Bakı

Azərbaycan nümayəndə heyəti İrəvana səfər edib – Detallar açıqlanmayıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın rəsmi nümayəndə heyəti Ermənistana səfər edib.
Ermənistan mətbuatının yaydığı məlumata əsasən, Bakıdan yola düşən nümayəndə heyətini daşıyan AZAL-a məxsus təyyarə İrəvandakı “Zvartnots” beynəlxalq hava limanına eniş edib. Məlumat Ermənistanın Mülki Aviasiya Komitəsi tərəfindən də təsdiqlənib.
Hazırda nümayəndə heyətinin tərkibi və səfərin məqsədi ilə bağlı rəsmi açıqlama verilməyib. Ermənistan tərəfi yalnız Azərbaycandan rəsmi nümayəndə heyətinin ölkəyə daxil olduğunu bildirib.
Səfərlə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.