🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 07:50   •   🌡️ Bakı

Salyanda yol qəzası ölümlə nəticələndi

Azərbaycan.media xəbər verir ki, Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın APA-ya istinadən yaydığı məlumata görə, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ” markalı minik avtomobili yol kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb.
Qəza zamanı “Qazel”in yanında olan kənd sakini, 1986-cı il təvəllüdlü Ruslan Feyzullayev iki avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.