XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 20 Oktyabr 2026 ✦ 13:05:55 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Zelenski Azərbaycana göstərilən dəstəyə görə İlham Əliyevə təşəkkür edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanat zamanı ölkəsinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.
Zelenski qeyd edib ki, xüsusilə enerji sahəsində çətin dövrdə Ukrayna Azərbaycandan 11 yardım paketi alıb və bu dəstək yüksək qiymətləndirilir.
O, həmçinin cəbhəyanı bölgələrdən gətirilmiş uşaqlara göstərilən qayğıya görə təşəkkürünü bildirib. Ukrayna Prezidentinin sözlərinə görə, müharibədən zərər çəkmiş 500-dən artıq ukraynalı uşaq hazırda Azərbaycanda müxtəlif dəstək proqramlarından yararlanır.
Zelenski vurğulayıb ki, göstərilən humanitar yardım və diqqət Ukrayna üçün böyük əhəmiyyət daşıyır.

Etiketlər: