XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:05:57 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ABŞ nümayəndə heyəti Pakistan yolunda: İranla sülh danışıqları gözlənilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, ABŞ nümayəndə heyəti İranla mümkün sülh danışıqlarında iştirak etmək üçün İslamabad şəhərinə yola düşür.
Məlumata görə, bunu Donald Trump “New York Post” qəzetinə açıqlamasında bildirib. O qeyd edib ki, nümayəndə heyətinə Cey Di Vens rəhbərlik edir və artıq komanda Pakistan istiqamətində hərəkətə başlayıb.
Gözlənilir ki, İran tərəfinin nümayəndə heyətinə parlament sədri Məhəmməd Bagir Qalibaf rəhbərlik edəcək. ABŞ nümayəndə heyətində isə xüsusi elçi Stiv Uitkoff və Cared Kuşnerin də yer alacağı bildirilir.
Qeyd edək ki, danışıqların əsas məqsədi İran ilə münasibətlərdə mümkün yumşalma və sülh perspektivlərinin müzakirəsidir.

Etiketlər: