Dünya Paşinyan Ermənistanda sülhə dəstək çağırışı edib 17 Aprel 2026 • 16:54 • Odlar MEDİA • 👁 9 baxış Mətn: A− A A+ Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt Bağlantını kopyala Başlığı kopyala Çap et Azərbaycan.media xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını sülh prosesinə dəstək verməyə çağırıb. O bildirib ki, Ermənistan xalqı sülh naminə fəal mövqe sərgiləməli və müharibə tərəfdarlarının siyasətdə təsir imkanlarını aradan qaldırmalıdır. Baş nazir çıxışında müharibə tərəfdarlarına qarşı sərt ifadələr işlədərək onların siyasi arenadan uzaqlaşdırılmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, Ermənistanda müxalif qüvvələr Bakı ilə sülh müqaviləsinin imzalanmasına qarşı çıxır. Onlar hakimiyyətə gələcəkləri təqdirdə Bakı-İrəvan xətti üzrə əldə olunmuş razılaşmalara yenidən baxacaqlarını bəyan edirlər. REKLAMPR məqalənizi Odlar MEDİA-da yerləşdirinƏTRAFLI BAX →