XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:00:03 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Məlumata görə, hadisə ötən axşam rayonun Yaxa Dəllək kəndində baş verib. “VAZ 2107” markalı avtomobil kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu vurub.
Ağır kəllə-beyin travması alan yaralı komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Etiketlər: