XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:16:09 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Patruşev: Baltikyanı ölkələr və Finlandiya Ukrayna dronlarının hücumlarında iştirak edir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Baltikyanı ölkələr və Finlandiya Ukraynaya məxsus dronların Rusiya ərazisinə hücumlarında iştirak etməkdə ittiham olunub.
Bu iddia ilə Nikolay Patruşev çıxış edib. O bildirib ki, sözügedən ölkələr Ukrayna dronlarına hava məkanından istifadə etməyə icazə verməklə hücumlara dəstək göstərir.
“Baltikyanı ölkələr və Finlandiya tərəfindən hücum dronları üçün hava məkanının açıq saxlanılması NATO-ya üzv dövlətlərin Rusiya ərazisinə və infrastrukturuna hücumlarda birbaşa iştirakını göstərir”, – deyə Patruşev vurğulayıb.
Onun sözlərinə görə, belə dəstək qeyri-hərbi dəniz infrastrukturuna və Rusiyanın ticarət donanmasına zərbələr endirməyə imkan yaradır. Patruşev xüsusilə Leninqrad vilayəti ərazisində yerləşən limanların hədəf alındığını iddia edib.
Qeyd edək ki, bu açıqlamalar Rusiya-Ukrayna müharibəsi fonunda səsləndirilib və rəsmi Moskvanın mövqeyini əks etdirir. Bu iddialarla bağlı digər tərəflərin mövqeyi açıqlanmayıb.

Etiketlər: