🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:21   •   🌡️ Bakı

Azərbaycan mədəniyyətinə ağır itki üz verib

Azərbaycan.media xəbər verir ki, Yevlax rayonunun Xaldan kənd Uşaq Musiqi Məktəbinin müəllimi Minarə İskəndər vəfat edib.
Məlumata görə, o, ürəktutması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Minarə İskəndər təkcə pedaqoji fəaliyyəti ilə deyil, həm də ədəbi yaradıcılığı ilə tanınıb. O, Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti ilə seçilən şairələrdən biri olub və mədəniyyətin inkişafına dəyərli töhfələr verib.
Onun vəfatı Azərbaycan mədəniyyət ictimaiyyəti üçün böyük itki kimi qiymətləndirilir.