XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:14:28 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ABŞ İrandan zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsini tələb edir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Vaşinqton Tehranın bütün zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsində israr etməyə davam edir.
Bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
“Biz bu maddələri onların ölkəsindən çıxarmaq istədiyimizi və onu öz nəzarətimizdə saxlamaq niyyətində olduğumuzu bildirmişik”, – deyə Vens vurğulayıb.
O qeyd edib ki, İranın nüvə silahı hazırlamaq planının olmadığına dair verdiyi zəmanətlərə baxmayaraq, ölkənin nüvə proqramı ABŞ üçün ciddi narahatlıq mənbəyi olaraq qalır.
Vitse-prezidentin sözlərinə görə, Vaşinqton regionda təhlükəsizliyin təmin olunması və nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində səylərini davam etdirir.

Etiketlər: